BANK

25 May

“Bank of Baku”-nun xalis gəliri 55%-ə yaxın artıb -2021-Cİ İLİN HESABATI

“Bank of Baku” ASC 2021-ci il üzrə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun hazırlanmış maliyyə hesabatlarını dərc edib.

Aktivləri 19%-dən çox artıb

“Bank of Baku” ASC-ın 2021-ci ildə aktivləriin həcmi 100,068 milyon manat yaxud  19.2% artaraq  519,455 milyon  manat təşkil edib. Öhtəlikləri 2020-ci ilin 72,784 milyon manat artaraq  402,185 milyon manat təşkil edib.

Xalis gəlirində rekord artım

2021-ci il üzrə “Bank of Baku” ASC-ın  xalis gəliri 18 milyon 126 min manat və ya 54,5%  artaraq 33 milyon 234 min manata çatıb. Hesabat dövründə bankın məcmu gəliri 2020-ci ilə nisbətən 18 milyon 702 min manat və ya 56.1% aratarq 33 milyon 284 min manat təşkil edib.

2020-ci ildə "Bank of Baku"nun ehtimal olunan kredit zərərlərinin bərpasından gəlir  xalis mənfəəti 5 milyon 56 min manat olduğu halda, 2021-ci ildə 6 milyon 4 min manat təşkil edib. Gəlirlərin 27 milyon 280 min manatını borc maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin bərpası üzrə gəlir təşkil edib.

Kredit portfeli 49%-dən çox artıb

2021-ci ildə illik müqaisədə  “Bank of Baku”nun kredit portfeli 121 milyon 594 min manat və ya 49,1% artaraq 369 milyon 185 min manata çatıb.

Depozit portfeli böyüyüb

2020-ci illə müqayisədə 2021-ci ildə “Bank of Baku”da depozitlər  25,3% artaraq 246 milyon 506 min manata çatıb.

Bankın cəmi kapitalı 2020-ci il ilə müqaisədə 27 milyon 284min manat və ya 23, 2% artaraq 117 milyon 270 min manat  

Müəllif: Aynur Qəniyeva