Kriptovalyuta bazarında sabit koinlərlə bağlı inkişafdan sonra bərpa səyləri davam etsə də, rəsmilərin müqaviməti davam edir.
"Fins.az" xəbər verir ki, sonuncu açıqlama ilə Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard çıxış edib.
Avropa Mərkəzi Bankının prezidenti Christine Lagarde kriptovalyutaların “heç nəyə əsaslanmadığını” deyib. O, riskləri dərk etməyən, hər şeyini itirə biləcək və böyük məyus ola biləcək insanlardan narahat olduğunu, ona görə də bu bazarın tənzimlənməsinə ehtiyac olduğunu deyib.
Hollandiya televiziyasına müsahibə verən Lagarde, kriptovalyutanın dəyərinə şübhə ilə yanaşdığını, Avropa Mərkəzi Bankının önümüzdəki 4 ildə öz bəhrəsini verməyə başlaya biləcək rəqəmsal avro layihəsinə zidd bəyanatlarla olduğunu açıqlayıb.
Bu açıqlamalar rəqəmsal valyutalar Bitcoin və Etherin ötən ilki pik ilə müqayisədə 50% ucuzlaşdığı və kriptovalyutaların əhəmiyyətli dəyişkənlik yaşadığı bir vaxta təsadüf edib. "Mənim şəxsi fikrim budur ki, onun heç bir dəyəri yoxdur, heç nəyə əsaslanmır və təhlükəsizlik lövbəri kimi çıxış edəcək əsas aktivləri yoxdur" deyə qeyd edib Lagarde.
Avropa Mərkəzi Bankının prezidenti rəqəmsal avronun çıxarılacağı təqdirdə fərqli olacağını bəyan edib. Oğlunun kripto sərmayələri olduğunu ifadə edən Laqard oğlunun “azad adam” olduğunu ifadə edib.
Bəzi digər Avropa Mərkəzi Bankının rəsmiləri də bu məsələ ilə bağlı narahatlıqlarını ifadə edirlər. Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü Fabio Panettanisan kripto aktivlərinin "yeni Vəhşi Qərb yaratdığını" və 2008-ci ilin subprime ipoteka böhranına paralel olduğunu açıqlayıb.
Müəllif: Aynur Qəniyeva