BANK

13 May

İpoteka və Kredit Zəmanət Fondunun xalis mənfəəti 2 dəfəyə yaxın artıb

İpoteka və Kredit Zəmanət Fondu 2021-ci ili 14 milyon 46 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Fond 2020-ci ili 7 milyon 228 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, İpoteka və Kredit Zəmanət Fondunun xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci  ildə təxminən 2 dəfə artıb.

"Fins.az"  Fonda istinadən xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondunun faiz gəlirləri 2020-ci ildə 41 milyon 486 min manat ikən, 2021-ci ildə 56 milyon 252 min manata yüksəlib. 

31 Dekabr 2021-ci il tarixində İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləri portfeli 1 milyard 410 min manat təşkil edib. 2020-ci ilin sonunda Fondun ipoteka kreditləri portfeli 1 milyard 138 milyon manat idi.