BANK

20 Aprel

ABB səhmdarlarına dividend ödəyəcək, geri çağırılmış səhmləri ləğv edəcək

14 iyun 2022-ci il saat 15.00- da Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvanda “Azərbaycan Beynəlxalq Bankı” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinin 8.10-cu maddəsinə əsasən səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Marja xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

 1. “ABB” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə olunmuş 2021-ci ilin maliyyə hesabatının təsdiq edilməsi.

2. 2021-ci ilin maliyyə nəticələrinə əsasən “ABB” ASC-nin səhmdarlarına dividendin ödənilməsi.

3. “ABB” ASC-nin balansında geri çağırılmış səhmlərinin ləğv edilməsi.

Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələ üzrə materiallar 2022-ci il iyunun 1-dən Bankın rəsmi internet səhifəsində yerləşdiriləcək.