Bu ayın əvvəlindən Qazaxıstan Milli Bankı bazarı sabitləşdirmək üçün 542 milyon dollar dəyərində valyuta intervensiyaları həyata keçirib.
"Fins.az"xəbər verir ki,bu barədə çərşənbə axşamı hökumətin iclasında maliyyə tənzimləyicisinin sədri Qalimjan Pirmətov bildirib.
Onun sözlərinə görə, mart ayında Rusiya rublunun əlavə sanksiyalar, o cümlədən ABŞ-ın Rusiyadan neft məhsullarının idxalına qadağası səbəbindən zəifləməsi təngəyə təzyiqi artırdı. Martın əvvəlindən 542 milyon dollar dəyərində bazara valyuta satıb.Martın 14-nə təngənin məzənnəsi 1 dollar üçün 511,74 tenge təşkil edib”.
Onun sözlərinə görə, fevral ayında satılan valyuta həcmi 273,7 milyon dollar təşkil edib: “Nağd xarici valyutalar bazarında məzənnənin daha bazar əsaslı olmasını təmin etmək məqsədilə Milli Bank valyuta məzənnələrinə dair limitlərin genişləndirilməsi ilə bağlı əlavələr hazırlayıb, - deyə o əlavə edib.Pirmətov.