BANK

14 Mart

Rusiyada dolların bahalaşması, Azərbaycanda dollara tələbi artıra bilər? -VÜQAR BAYRAMOVDAN AÇIQLAMA

Azərbaycanda dollara olan tələbin ödənilməsi daha çox neft dünya bazarında qiyməti ilə bağlıdır ona görə ki,Azərbaycanın ixracının 80%-dın çoxunu neft məhsulları təşkil edir.

Bunu "Fins.az"-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. 

Fikirlərinin davamında o bildirib ki,bunu nəzərə alaraq indiki halda neft dünya bazarında qiyməti yükəsk olduğuna görə,ölkəyə daxil olan valyutanın həcmində də artımlar var. İllik neftin 1 barelinin qiyməti orta hesabla 10 dollar artıq olarsa bu il ərzində ölkəyə əlavə olaraq 1.4 milyard dollar vəsaitin daxil olması deməkdir.

Vüqar Bayramov yaxın müddətdə Azərbaycanda Rusiyaya tətbiq edilən sanksiyalarla bağlı dollara tələbin artması ehtimalını da qiymətləndirərək "Ona görə də növbəti dövrdə dollara olan tələbin ödənilməsi birbaşa neftin qiyməti ilə bağlıdır,"-deyə qeyd edib.