BANK

29 Sentyabr

Elman Sadıqov: Hazırda Türkiyəyə bahalı türk lirəsi lazım deyil

Hazırda Türkiyəyə bahalı türk lirəsi lazım deyil

Fins.az xəbər verir ki, bunu iqtisadçı ekspert Elman Sadıqov Türkiyə Mərkəzi  Bankının faiz qərarını açıqladıqdan sonra türk lirəsinin kəskin dəyər itirməsinə münasibət bildirərkən deyib. 

O türk lirəsinin dəyər itirməsinə səbəb olan əsas amillləri sadalayaraq vurğulayıb ki, sentyabrın 23-də Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini 19%-dən 18%-ə endirib. Ona görə də bazar ertəsi günü türk lirəsi dollar qarşında 8.30-dan -8.89-a qədər geriləyərək dəyər itirdi. Başqa sözlə desək 8.30-dan 8.89-a qədər bahalaşdı.Türk Lirəsinin dəyər itirməsini tətikləyən ən əsas amil Türkiyə Mərkəzi Bankını faiz dərəclərini aşağı salması oldu. Bu da nəticə etbarı ilə türk lirəsinin məzənnəsinə mənfi təsir göstərdi. Mərkəzi Bankın faiz dərəcəsini aşağı salması ilə bağlı qərarı bazarlar  faiz dərəcəsinin bundan sonrakı müddətdə də aşağı endiriləcəyinin siqnalı kimi qəbul etdi. Bununla yanaşı türk lirəsi bu qərardan öncə də ən kövrək dövrlərini yaşayırdı. İstər Türkiyə dövlətinin valyuta ehtiyatlarının azalması, istərsə də ölkənin tədiyyə və ticarət  balansındakı mənfi saldolar türk lirəsinin zəifləməsinə səbəb olan əsas amillərdir.

Elman Sadıqov lirənin dollar qarşında zəifləməsində ölkənin inzibati idarəetmə strukturlarında mövcud olan tendensiyaların da təsirinə toxunaraq "Burada başqa diqqəti cəlb edən məqam var ki, bu məsələdə tənqidçilər tez-tez qeyd edirlər ki, Türkiyədə ölkə rəhbəri və digər rəsmi strukturlar səviyyəsində yüksək faizlərin iqtisadi geriləmənin əsas səbəbi olduğu ümumi tendensiya kimi qəbul edilir. Əslində isə bu fikirin tam əksi olaraq faiz dərəcəsinin yüksək olması səbəb deyil nəticədir. Yəni faiz dərəcəsinin yüksəkliyi pandemiya daxil olmaqla iqtisadi geriləmənin, ixracın zəifləməsinin ,idxalın artmasının,mənfi tədiyyə balansının artmasının nəticəsidir.Düşünürəm ki, əslində özünü dəfələrlə doğrultmuş bu nəzəriyyəni bilən Türkiyənin yenidən faiz azalması getməsi bilərəkdən atılan addımdır. Bunu bilərək yenidən faiz azalmasına getmək məhz tədiyyə və ticarət balanslarındakı mənfi saldonu azaltmaq və valyuta ehtiyatlarını artırmaq üçün ixracın dəstəklənməsinə nail olmaq məqsədi güdür. Yəni ixracı və turizm  sahəsində xidmət sektorunu daha da canlandırmaq istehsalın və xidmətin artması, yeni iş yerləri açılması, əhalinin nominal gəlirlərinin artması deməkdir. Məsələnin bu yolla həllinə üstünlük verilmişdir.

Ekspert Mərkəzi Bankın baza faiz dərəcəsini endirməsi ilə bağlı qərara gətirib çıxaran səbəbləri də sadalayaraq bildirib ki,bir neçə ildən sonra Türkiyə Mərkəzi Bankı tərəfindən faiz dərəcəsinin endirilməsi qərarının qəbul ediməsi mövcud vəziyyətin qəbul edilməməsidir yoxsa bu qərarın verilməsində başqa səbəblər də var? Fikrimcə Türkiyə Mərkəzi Bankı bu qərarı bir az da bilərəkdən verdi. Ona görə ki, hazırda Türkiyəyə bahalı türk lirəsi lazım deyil. Türkiyə ixracı artırmağı hədəfləyib. Valyuta ehtiyatlarını tam bərpa etmək üçün ixraca böyük ehtiyac var. Əsas valyuta gəlirləri turizm və kənd təsərüfatından gəlirdi. Pandemiyada turist sayı kəskin azaldı.Nəticədə Türkiyə ən böyük valyuta axınında kəskin azalmaya məruz qaldı. Hazırda Türkiyənin valyuta ehtiyatlarına ikinci bir təzyiq enerji təzyiqidir. Neftin qiymətinin 80 dollara yaxınlaşması Türkiyə iqtisadiyyatına mənfi təsir edən amillərdən biridir. Daxili bazarda ərzağın və kənd təsərrüfatı məhsullarının qiymətinin artması bu məhsulların ixracına mənfi təsir edən amillərdəndir. Türkiyənin ixrac etdiyi kənd təsərüfatı məhsulları da təbii ki, azalıb və bu sahədə də gəlirlərə mənfi təsir edib. Artan enerji qiymətləri neft və qazı idxal edən Türkiyəni ölkədə kommunal xərcləri artırmağa məcbur edir. Kommunal xərclərin artımı da ölkədə inflyasiyanın artımını stimmullaşdırır. Türkiyə yenidən zərərli çevrəyə düşür. 

Elman Sadıqov  türk lirəsinin dəyər itirməsinin zərərli yaxud xeyirli olması ilə də bağlı fikirlərini bölüşərək "Türk lirəsinin zəifləməsi ölkəyə birtərəfli zərər vurmur. Türkiyə iqtisadiyyatı şaxələnmiş, rəqabət qabiliyyətli ixraca malik, zəif valyutanın ixracın artmasına səbəb olan ölkə olduğu üçün lirənin zəifləməsi ölkənin ixracın və turizmin artması ilə nəticələnir ki, Türkiyə bundan daha səmərləli istifadə etməyi hədəfləyir."-deyə qeyd edib

Müəllif: Aynur Qəniyeva