BANK

24 Sentyabr

Mikayıl Cabbarov: 48,4 mln. manat güzəştli kredit verilib

Azərbaycanda özəl sektora dövlət dəstəyi çərçivəsində 2021-ci ilin yanvar-avqust ayları ərzində 945 investisiya layihəsinin maliyyələşdirilməsinə 48,4 mln. manat güzəştli kredit verilib.

Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, güzəştli kreditlərin 59,2%-i kənd təsərrüfatı, 24,2%-i sənaye məhsullarının istehsalı və emalı, 16,6%-i isə digər sahələrə verilib. Kreditlərin 97,5%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür.

“Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1 400-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq”, - nazir əlavə edib.