BANK

10 Sentyabr

PAŞA Holdinq-in şirkətlərini Qarabağ Dirçəliş Fondu sertifikatla təltif edib

PAŞA Holdinq-in  şirkətləri Qarabağ Dirçəliş Fondu tərəfindən sertifikatla təltif ediliblər.

Fins.az xəbər verir ki, Qarabağ Dirçəliş Fondunun Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin üzvləri ilə görüşü keçirilib. Görüşdə “PAŞA Bank”-ın İdarə Heyətinin sədri Taleh Kazımov və "Kapital Bank"-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev də iştirak etmişdirlər.
Tədbirin sonunda PASHA Bank  və Kapital Bank Qarabağ Dirçəliş Fonduna işğaldan azad olunan ərazilərdə görülən işlərə verdiyi dəstəyə görə “İanə sertifikatı” ilə təltif olunmuşdurlar.
Qeyd edək ki, 2021-ci ilin fevral ayında “PAŞA Bank” və "Kapital Bank" tərəfindən Qarabağ Dirçəliş Fonduna ayrı-ayrılıqda 500 000 AZN ianə olunub.

Müəllif:Aynur Qəniyeva