BANK

10 Sentyabr

Rabitəbank-ın İdarə Heyəti sədrinin beynəlxalq elmi jurnalda məqaləsi dərc olunub

“Rabitəbank”ın İdarə Heyətinin sədri Aydın Hüseynovun elmi məqaləsi dərc olunub. 

Fins.az xəbər verir ki, bu barədə  Riyaziyyat üzrə Fəlsəfə Doktoru Aydın Hüseynov məlumat yayımlayıb. 

Məlumata görə, “Rabitəbank”ın İdarə Heyətinin sədrinin "Kredit Portfelinin Risk Dəyəri və Gözlənilən Zərər Təhlili" başlıqlı elmi məqaləsi "Caspian Journal of Applied Mathematics, Ecology and Economics" adlı beynəlxalq elmi iqtisadi jurnalın növbəti sayında dərc olunaraq dünyanın maliyyə ictimaiyyətinin diqqətinə çatdırılıb. 

Qeyd edək ki, sözügedən məqlədə Riyaziyyat üzrə Fəlsəfə Doktoru  Aydın
Hüseynov yerli banklarda riskin düzgün qiymətləndirilməsi və mümükün risklər barədə real nümunələrdə məlumatları izahlı eyni zamanda ətraflı şəkildə bölüşüb.  

 Məqalə ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.

//cjamee.org/?fbclid=IwAR1tS8DiMm5OXG H4JR7zoTtBsVKgWFWnsbPIDFq6isLLFuQfhVpbgSAx5E

Müəllif:Aynur Qəniyeva