"Mastercard" beynəlxalq korporasiyasının "Mastercard" və "Maestro" kartlarında ciddi boşluq aşkarlanıb.
Bu barədə məlumatı Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi yayıb.
Məlumatda qeyd olunur ki, İsveçrənin Sürix Ali Texniki Məktəbinin tədqiqatçıları "Mastercard"ın təmassız kartlarında PIN qorunmasını aşmağın yolunu tapıblar. Hazırda boşluq aradan qaldırılıb.
Mütəxəssislər tərəfindən müəyyən edilib ki, bu boşluq kibercinayətkarlara təmassız ödənişlər üçün PİN kodu daxil etmədən böyük alış-veriş üçün oğurlanmış bank kartlarından istifadə etməsinə şərait yaradırdı.
"Tədqiqatçıların təsvir etdiyi ssenari real vəziyyətdə təkrarlana bilər, üstəlik, hücum son dərəcə görünməzdir. Mütəxəssislər hətta bu cür yeni boşluqların kütləvi istismarına səbəb olacağından qorxurlar", - məlumatda deyilir.
(c)APA