İran Prezidenti İbrahim Reisi paytaxt Tehrana səfər edən Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegini qəbul edib.
Fins.az xəbər verir ki, görüş zamanı rəis, ABŞ -ın sanksiyaları səbəbindən Yaponiya banklarında olan aktivlərə tətbiq edilən sanksiyaların aradan qaldırılmasını istəyib.
İran Prezidenti İbrahim Rəisi ABŞ -ın birtərəfli sanksiyaları səbəbindən Yaponiyaya ixrac edilən, lakin Yaponiya banklarında dondurulan neftdən əldə edilən İran aktivlərinin üzərindən bloklanmanın götürülməsini tələb edib.
Görüşdə İran-Yaponiya əlaqələrini "yaxşı və dostluq" olaraq xarakterizə edən Reisi, iki ölkə arasındakı əlaqələrin, xüsusilə iqtisadi və ticari əlaqələrin bütün sahələrdə inkişaf etdirilməli və dərinləşdirilməli olduğunu bildirib.
ABŞ -ın birtərəfli sanksiyaları səbəbindən Yaponiyada dondurulmuş vəziyyətdə saxlanılan İranın aktivlərinə sanksiya tətbiqinin dayandırılmasını arzulayan prezident "İranın Yapon banklarında olan aktivlərinin sərbəst buraxılmaması anlaşılmazdır" deyib.
Digər tərəfdən, Taliban hakimiyyəti altında olan Əfqanıstanda son inkişaflar haqqında dəyərləndirmələr aparan Reisi, Əfqanıstanda və bölgədə sülh və sabitliyin təmin edilməsi üçün Yaponiyanın və bölgədəki digər ölkələrin səylərini alqışladıqlarını qeyd edib.
Ölkəsinin də bölgədə sabitlik istədiyini vurğulayan Reisi, "İran hər zaman Əfqanıstanda sülh və sabitliyi dəstəkləyib və dəstəkləməkdədir, amma hesab edirik ki, Əfqanıstandakı qərarları əfqanlar özləri verməlidir" deyib.
Müəllif:Aynur Qəniyeva