Qətər hökuməti 4 yerli bankın əcnəbilər tərəfindən tam mülkiyyətini təsdiqləyib.
Fins.az xəbər verir ki,Qətər hökuməti əcnəbilərin 4 yerli bankın kapitalının 100 faizinə sahib ola biləcəyini təsdiqlədiyini açıqlayıb.
Qətər rəsmi agentliyi QNA -ya görə, Nazirlər Kabinetindən verilən yazılı açıqlamada, bu təsdiqin Qətər Milli Bank Qrupu, Qətər İslam Bankı, Ticarət Bankı və Məsraf Əl Rayanı əhatə etdiyi bildirildi.
Qətər vətəndaşlarının iqtisadi fəaliyyətlə əlaqədar kapital qoyuluşlarının tənzimlənməsi haqqında qanunun dəyişdirildiyinə diqqət çəkərək, əvvəllər 49% ilə məhdudlaşdırılan xarici pay nisbətinin 100%-ə qaldırılmasının təsdiqləndiyi qeyd edilib.
Aprel ayında Nazirlər Şurası, əcnəbilərin Qətər Birjasında alqı -satqı etdiyi səhmdar cəmiyyətlərin kapitalının 100 faizinə sahib olmasını təmin edən qanun layihəsini təsdiqləyib.
Qətərdə əcnəbilərin mülkiyyət imkanlarının artırılması, qeyri-neft sektorlarına xarici investorların cəlb edilməsi və iqtisadiyyatın şaxələndirilməsinin təmin edilməsi mühüm addımlar hesab olunur.
Müəllif:Aynur Qəniyeva