BANK

28 İyul

Unibank Azərbaycan bank sektoruna yenilik gətirir - LEOBANK 

Leobank Unibank-ın təqdim etdiyi yeni mobil bankçılıq xidmətidir.

Fins.az xəbər verir ki, bu barədə rus mediasına Dmitri Dubilet məlumat verib. 

Məlumatda bildirilir ki,Dmitri Dubilet və Privat24-ün yaradıcısı Alexander Vityaz Azərbaycanda filialları olmayan bir bank açırlar.

Dmitri Dubilet bildirib ki, Leobank müştəriləri kredit limiti olan əlverişli Visa kartından istifadə etmək, ödəmə və köçürmələri həyata keçirmək, Cashback almaq və daha çox üstünlüklərdən yararlanmaq imkanına malik olacaq.

 Leobank «mobile-only» (filialsız bank) prinsipinə uyğun olaraq yaradılıb. Filial şəbəkəsi, çoxsaylı işçilərin maaşları, inkasassiya və digər sahələrə vəsait yatırmağın əvəzinə biz kapital və enerjimizi mükəmməl mobil tətbiqetməmizə investisiya etdik.

Leobank müştərilərinə olduqca əlverişli tarifləri təklif edir. Bankların adətən müştərilərə pulla göstərdiyi, demək olar ki, bütün xidmətləri Leo pulsuz təqdim edir. Biz filiallara pul xərcləmirik.

Dmitri Dubilet kartın əldə olunma proseduruna və şərtlərə də toxunaraq “Leobank kartını rəsmiləşdirmək üçün sadəcə mobil tətbiqimizi yükləyib, çətin olmayan prosedurdan keçmək kifayətdir. Kartı sizə bank işçisi çatdıracaq və ya özünüz onu Unibank filialından əldə edə bilərsiniz”deyə qeyd edib.

Müəllif:Aynur Qəniyeva