BANK

28 İyul

PAŞA Bankın rəhbəri: Biz də ölkənin bölgələrindəki biznesə fəal dəstək verməyə davam edəcəyik

Biz də ölkənin bölgələrindəki biznesə fəal dəstək verməyə davam edəcəyik.

Fins.az xəbər verir ki, bunu PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov müsahibəsində deyib 

O bildirib ki, Bankın 3 il ərzində inkişafında əsas prioritetlərdən biri korporativ biznes seqmentində 25-30% həcmində bazar payının saxlanılması, həmçinin bankın kredit portfelində KOB seqmentinin payının 2020-ci ilin sonuna olan göstəricilərdə olan 10% -dən 15% -ə qədər  artırılmasıdır.

Taleh Kazımov planların əhatə etdiyi region barədə də açıqlama verərək "Bu planlar yalnız paytaxt və Abşeron yarımadası ilə məhdudlaşmır, biz də ölkənin bölgələrindəki biznesə fəal dəstək verməyə davam edəcəyik."-deyə cavab verib. 

Müəllif:Aynur Qəniyeva