BANK

28 İyul

Şəhidin bank kartından pul oğurlayan şəxs saxlanılıb

Şəhidin adına olan bank kartından pul oğurlanıb. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, iyulun 26-da Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə Göyçay rayon sakini Ş.Qafarova müraciət edib. O, bildirib ki, cari il fevral ayının 28-də oğlu, şəhid Kənan Qafarovun bank kartından 3960 manat pulun çıxarılaraq oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.