BANK

28 İyul

Yelo Bank-ın rəhbəri: İlin sonunadək daha böyük nəticələr əldə edəcəyimizə inanıram

İlin sonunadək daha böyük nəticələr əldə edəcəyimizə inanıram

Fins.az xəbər verir ki, bunu Yelo Bank-ın İdarə Heyətinin Sədri Anar Həsənov 2021-ci ilin 2-ci rübünün maliyyə nəticələrini belə şərh edərkən deyib 

Məlumata görə, 2021-ci il üçün qarşımıza qoyduğumuz hədəflərə uyğun irəliləyirik. Qısa zamanda yeni strategiyamızın nəticələrini görmək xoşdur. Təbii ki, bu nəticələr güclü komandamız və müştərilərimizin artan etibarı olmadan reallaşa bilməzdi. Ölkə iqtisadiyyatındakı ümumi canlanma dövründə əsas diqqətimizi kiçik bizneslərin maliyyələşdirilməsinə yönəltdik.

Anar Həsənov yeni filialların açılacağı və rəqəmsal həllərin inkişafı barədə də açıqlama verərək "Daha çox müştəriyə xidmətlərimizi çatdıra bilməyimiz üçün ilk 2 rübdə yeni filiallarımızı istifadəyə verdik və ilin sonuna qədər də daha bir neçəsinin açılışını planlaşdırırıq. Paralel olaraq rəqəmsal həllərimizi də inkişaf etdiririk. Əsas məqsədimiz müştərilərimizin istədikləri vaxt və ən rahat formada bank xidmətlərini ala bilməsidir. İlin sonunadək daha böyük nəticələr əldə edəcəyimizə inanıram”.-deyə qeyd edib. 

Müəllif: Aynur Qəniyeva