Bu gün ABŞ Mərkəzi Bankı (Fed) faiz qərarını açıqlayacaq.
Fins.az xəbər verir ki, Fed qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq, 22:30-da idə Fed sədrinin mətbuat konfransı başlayacaqdır.
Fed-in faizində dəyişiklik etməyərək 0%-0,25% aralığında saxlayacağı gözlənilir.
Fed-in və Fed sədrinin açıqlamalarında verəcəyi mesajlar önəmli olacaqdır. Ötən iclasda Fed bəyan etmişdi ki, faiz dərəcələri gözləniləndən daha erkən yüksəldə bilər. Rəsmilərin əksəriyyəti faiz dərəcələrinin 2022-2023-cü illərdə artmasını gözləyir. Bunun səbəb kimi, artan inflyasiyanın gözləniləndən daha tez baş verməsi göstərilir. Bundan əlavə, iqtisadi artımın FED-in proqnozlaşdırdığı 6,5%-dən çox olması ehtimalı da bu gözləntilərə əsas verir.