BANK

27 İyul

\"PAŞA Bank\"-ın mənfəəti 75% artıb -MƏBLƏĞ

Azərbaycanın ən böyük özəl bankı olan "PAŞA Bank" ASC 2021-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 50 milyon 640 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21 milyon 717 min manat və ya 75% çoxdur. PAŞA Bank 2020-ci ilin birinci yarısını 28 milyon 923 min manat xalis mənfəət ilə bağlayıb.

2021-ci ilin ilk 6 ayında "PAŞA Bank"-ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 188 milyon 672 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 102 milyon 213 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 86 milyon 621 min manat təşkil edib. "PAŞA Bank" əməliyyat mənfəətindən 24 milyon 473 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb və 11 milyon 507 min manat mənfəət vergisi ödəyib. Beləliklə, bank 2021-ci ilin birinci yarısını  50 milyon 640 min manat xalis mənfəət ilə başa vurub.