BANK

23 İyul

Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini ARTIRIB

Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) Direktorlar Şurası bu gün keçirilən iclasda uçot faiz dərəcəsini 5,5%-dən 6,5%-ə artırılması ilə bağlı qərar qəbul edib.

Fins.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında deyilir.

Sonuncu dəfə (11 iyunda) Rusiya Bankı uçot dərəcəsini 5%-dən 5,5-ə artırmışdı.

Rusiya Bankı hesab edir ki, 2021-ci ilin II rübündə ölkə iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəyə çatıb. Tənzimləyici illik inflyasiyanın 2021-ci ildə 5,7-6,2% olacağını, 2022-ci ildə 4-4,5%-ə enəcəyini, gələcəkdə isə 4%-ə yaxın qalacağını gözləyir.