BANK

23 İyul

“PASHA Bank Cup III” yarışmasının III mərhələsinin nəticələri məlum olub

“PASHA Bank Cup III” yarışmasının sayca III mərhələsi artıq yekunlaşıb. Ümumilikdə 80 nəfər iştirakçı 16-19 iyul tarixlərini əhatə edən və “Dinamik proqramlaşdırma” mövzusuna həsr olunan bu mərhələyə qatılıb. İştirakçılardan 7 nəfər 100%-lik, 25 nəfər isə 50 %-dən yüksək nəticə göstərib.

Bu mərhələni 100 %-lik nəticə ilə başa vuran iştirakçıların adlarını diqqətinizə çatdırırıq: 

- Rəhim Məmmədli
- Toğrul Qasımzadə
- Səid Nəsibov
- Ziya Muxtarov

- Rəşad Məmmədov
- Xəlil Əsədzadə
- Nicat Hüseynov

Yarışmanın IV mərhələsi 13-16 avqust tarixlərini əhatə edəcək. “Qraflar” mövzusuna həsr olunan bu mərhələdə istənilən şəxs öncədən təqdim edilən keçid vasitəsilə yarışa qatıla və birincilik uğrunda mübarizəyə qoşula biləcək.

Xatırladaq ki, 2019-cu ildən etibarən keçirilən “PASHA Bank Cup” yarışmasında müxtəlif yaşlarda olan proqramçıların iştirakı nəzərdə tutulub. Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” bu yarışmanı keçirməklə, iştirakçılara yeni fundamental biliklər əldə etmək, bacarıqlarını genişləndirmək və peşəkar keyfiyyətlərini nümayiş etdirmək üçün əlverişli imkan yaradır.

Yarışma haqda ətraflı məlumat üçün bu keçiddən istifadə edin: //cup.pashabank.digital/