BANK

22 İyul

“Ziraat Bank Azərbaycan”-ın aktivləri artıb -HESABAT

30 İyun 2021-ci il tarixində "Ziraat Bank Azərbaycan" 72 milyon 478 min manat məcmu kapitala malik olub.

Fins.az xəbər verir ki, bu barədə  "Ziraat Bank Azərbaycan"-ın rüblük hesabatında bu barədə məlumat verilib. 

Məlumata görə, 30 İyun 2021-ci il tarixində “Ziraat Bank Azərbaycan” 349 miylon 688 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 173 milyon 68 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən ilin sonuda Bank 298 milyon 961 min manat cəmi aktivlərə malik idi, o cümlədən aktivlərin 158 milyon 309 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 

“Ziraat Bank Azərbaycan”ın faiz və qeyri-faiz gəlirləri artıb. Belə ki, ötən ilin yanvar-iyun dövründə Bankın faiz gəlirləri 8 milyon 491 min manat ikən, 2021-ci ilin eyni dövründə 11 milyon 651 min manat təşkil edib. Bankın yarımillik qeyri-faiz gəlirləri isə 3 milyon 25 min manatdan 3 milyon 184 min manata yüksəlib.