Cari həftə ərzində bahalaşan lirədə dinamika bu gün Avropa sessiyasında daha da güclənib. Bu isə Jerom Povel, Janet Yellenin açıqlamaları və qurban bayramı ilə əlaqələndirilir.
USDTRY məzənnəsi cümə axşamı 8.55TL-yə kimi ucuzlaşdıqdan sonra korreksiya etsə də cümə günü 8.49TL-yə düşüb.
Qeyd etmək lazımdır ki, FED sədri Konqresdə çıxışı zamanı ölkədə inflyasiyanın son 48 ilin maksimumuna - narahatedici səviyyələrə yüksəlməsinə baxmayaraq, iqtisadiyyatı dəstəkləmək üçün yumşaq monetar siyasəti müdafiə edib. Amerikanın maliyyə naziri Janet Yellen isə inflyasiyanın bir neçə ay da yüksəlişini sürətləndirəcəyini proqnozlaşdırır və diqqət mərkəzində saxlanılmalı olduğunu vurğulayıb. Bununla yanaşı, Qurban bayramı ilə əlaqədar olaraq Türkiyədə nağd vəsaitə tələbdə güclü artım müşahidə edilir.