BANK

17 İyul

Startapçılarla İslam İnkişaf Bankı arasında görüş keçirilib

EnterpriseAzerbaijan.com portalının təşkilatçılığı ilə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının Avropa və MDB ölkələri üzrə regional rəhbəri Samir Tağıyev startapçılarla görüş keçirib.

Fins.az xəbər verir ki, görüş zamanı startapçılar layihələrini təqdim ediblər və investisiya cəlbi ilə bağlı müzakirələr aparılıb. Görüşdə iştirak edən startap layihələri bunlardır:

Bonpini - daşınmaz əmlakı paylaşaraq kirayələməyə kömək edən rəqəmsal platforma; 

Nursecome - tibb xidmətlərinin onlayn sifarişi üçün platforma;

Pagesales - elanların və oyunların alqı-satqısının yerləşdirilməsi üçün platforma;

W-ball - kimyəvi maddə az istifadə etməklə paltarlarda və digər əşyalarda daha çox təmizlik yaratmağı təmin edən təmizlik texnologiyası;

Wogether - Autizm xəstəliyi olan insanların bir-biri ilə ünsiyyət qurması və sosiallaşması üçün sosial şəbəkə. Sözügedən layihə Azərbaycan Autizm Assosiasiyası tərəfindən yüksək qiymətləndirilib.

Xatırladaq ki, EnterpriseAzerbaijan.com portalı Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində yaradılıb.