BANK

14 İyul

ABŞ-ın ikinci ən böyük bankı gəlir və xərclərini AÇIQLAYIB

ABŞ maliyyə sistemində ikinci, dünyada səkkizinci ən iri bank olan Bank of America bugün 2021-ci ilin ikinci rübünün nəticələrini açıqlayıb.

Fins.az  bankın rəsmi saytına istinadla xəbər verir ki, gəlirlər əvvəlki rüblə müqayisədə 6%, ötən ilin müvafiq dövrünə nisbətən isə 4% azalaraq, 21,5 milyard dollar təşkil edib. Xalis mənfəət isə 2020-ci ilin analoji dövrünə görə 3 dəfəyə yaxın artıb - 9,2 milyard dollar.

Bankın ən gəlirli sahələri istehlak bankçılığı (gəlir - 8,18 milyard dollar, mənfəət - 3,03 milyard dollar), qlobal bankçılıq (gəlir - 5,09 milyard dollar, mənfəət - 2,42 milyard dollar) və qlobal aktivlər və investisiyaların idarəçiliyi (gəlir - 5,06 milyard dollar, mənfəət - 991 milyon dollar) olub. Bankın səhmləri ilin əvvəlindən 31% bahalaşıb.