“Global Leasing” QSC nizamnamə kapitalını daha 79,2 min manat və yaxud 30,4% artıraraq 260,8 min manatdan 340 min manata çatdırıb.
Kapital artımı üçün şirkətin dövriyyədə olan 1 000 ədəd səhminin nominal dəyəri 260,8 manatdan 340 manata qaldırılıb.
Xatırladaq ki, “Global Leasing” 2018-ci ildə yaradılıb. Onun səhmlərinin 60%-i Nicat Gülməmmədova, 40%-i isə Kənan Salayevə məxsusdur. Şirkət əsasən kənd təsərrüfatı sahəsində maliyyələşdirmə ilə məşğuldur.
©️ Renkinq