Daha öncə görünməmiş və gözlənilməyən çətinliklərlə üzləşən bütün iqtisadiyyatlar, maliyyə sistemləri, bank, ödəniş və fintex ekosistemləri dəyişikliklər dalğası ilə sınanmaqdadırlar. Texnologiya və rəqəmsallaşma baxımından inkişaf edənlər asanlıqla bu dəyişikliklərə uyğunlaşır və çətinliklərin öhdəsindən gəlir.
Fins.az xəbər verir ki,müvəffəqiyyətin yeganə yolu isə əlaqə, əməkdaşlıq, transformasiya və həmişəkindən daha çevik hərəkət etməkdir.
Maliyyə ekositeminin yeni reallıqlarını bir araya gəlib müzakirə etmək və qarşıda bizi nələrin gözlədiyini dərindən incələmək üçün 7-8 oktyabr, 2021-ci il tarixində, Bakı şəhərində Mastercard beynəlxalq kart təşkilatı ilə əməkdaşlıq çərçivəsində “V BEYNƏLXALQ BANKÇILIQ FORUMU”nun (BBF) keçirilməsi planlaşdırılır. Forumun mövzusu: “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı”. Tədbir real və onlayn tədbirin bütün imkanlarını özündə birləşdirməklə hibrid formada keçiriləcəkdir.
Biz bundan sonra daha çox real tədbirlər keçirə biləcəyimizə ümid edirik və sizinlə üz-üzə görüşmək, Forumun həyəcanını və maraqlı anlarını birgə yaşamağa səbrsizlənirik.
Lakin biz hamımız şahidi olduq ki, düzgün seçilmiş platforma ilə onlayn tədbirlər keçirmək bir çox imkanlar yaradır və bizi harada olmağımızdan asılı olmayaraq bir araya gətirir. Buna görə də onlayn tədbirlərin gələcəkdə keçiriləcək tədbirlərimizin əvəzolunmaz hissəsi olacağını düşünürük.
Forum MASTERCARD-la tərəfdaşlıq çərçivəsində və Azərbaycan Banklar Assosiasiyası, Mərkəzi Bank, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçirilir.
İki günlük tədbir Bakıda illik əsasda keçirilən iki tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir. Bütün tədbirlərimizi görmək üçün linkə daxil ola bilərsiniz: //www.gbmevents.az/az/events.
Uzun bir keçmişi olan Forum bütün maraqlı tərəflərin görüşdüyü, yeni fikirlər, təcrübələr, məhsullar təqdim etdikləri, bir-birlərindən öyrəndikləri, geniş əlaqə qurduqları və maliyyə texnologiyaları, rəqəmsallaşdırma, ödəniş ekosisteminin dərin mövzularının müzakirə olunduğu mükəmməl bir platforma olaraq özünü sübut edib. Tədbirdə tərəfdaşlar və iştirakçılar üçün hər zaman yeni imkanların olması bizi daha da həvəsləndirir.
BBF və Fintex Sammit Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi tədbirlərdir. Forum rəhbər tənzimləyicilər, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri, yerli səfirliklər, akademiklər, tanınmış şirkətlər, qərarqəbuledicilər və influenserləri bir araya gətirir.