BANK

14 İyul

Bank “BTB”-in 2021-ci ildə məcmu kapitalı 66,1 % AZALIB 

Məcmu kapitalı ötən ilin eyni dövrü ilə müqaisədə 66,1 % azalaraq 53,661,030 manat olub.

Fins.az xəbər verir ki, bu barədə Bank “BTB” ASC-nin 2021-ci ilin 2-ci rübünə dair hesabatında məlumat verilib.

Məlumatda bildirilir ki, Bank “BTB” ASC-nin Xarici valyutada balansı ötən ilin müvafiq dövrü ilə müqaisədə 17,2% azalaraq 1,324,730.00 manat təşkil edib.

Hesabat dövründə kredit portfeli 248 milyon 058 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16% artım göstəricisidir.

Bank “BTB” ASC-nin 2021-ci ilin ikinci rübündə xarici valyutada balansı ötən ilin müvafiq dövrü ilə müqaisədə 17,2% azalaraq 1,324,730.00 manat təşkil edib.

Bankın cəmi öhtəlikləri bir il əvvəlki öhtəliklərin həcminə nisbətən 7,8% artaraq 300,045 min manat olub. Bankın cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqaisədə 6,7% azalaraq 354,933 min manat təşkil edib.

Müəllif: Aynur Qəniyeva