BANK

12 İyul

Express Bank-ın İdаrə Heyətinin sədr müаvinindən sahibkarlara müraciət

Əmək haqqı layihələrinizi tam ödənişsiz və artıq visa üzərində “Expresso Salary” kartlarına daşınması üçün dəstək göstərməyə hazırıq.

Fins.az xəbər verir ki, bunu “Express Bank” ASC-nin İdаrə Heyətinin sədr müаvini Teymur Ağakişiyev açıqlayıb 

O sahibkarlara müraciət edərək "Hörmətli şirkət rəhbərləri, işçilərinizin əmək haqqı kartlarının istifadə müddəti sona yaxınlaşırsa və ya əmək haqqı kartlarını yalnız “Bankomat kartı” kimi istifadə etməkdən yorulmusunuzsa buyurun, əmək haqqı layihələrinizi tam ödənişsiz və artıq visa üzərində “Expresso Salary” kartlarına daşınması üçün dəstək göstərməyə hazırıq"-deyə bildirib. 

Qeyd edək ki, "Expresso Salary" əmək haqqı kartı - sahiblərinə ölkənin bütün ATM-lərində komissiyasız nağdlaşdırma imkanı, kartdakı qalıq məbləğə illik 3% gəlir, 30%-dək Сashback, əmək haqqının 50%-i həcmində avans krediti, mədaxil üzrə pulsuz sms-​məlumatlandırılma və 3D secure təhlükəsizlik imkanlarını verir. 

Müəllif: Aynur Qəniyeva