Foreks bazarlarında dolların digər aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmağa başlayıb. Bunun əsas səbəbi Amerikanın əmək bazarında risklərin yenidən artması xəbərləridir.
Amerikanın əmək bazarında boş iş yerlərinin sayı ilə bağlı çərşənbə günü dərc edilən fundamental göstəricilərin proqnozlaşdırılandan pis olması, dollara olan təzyiqləri yenidən artırmışdır. Hadisə bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq işsizlik müavinətlərin sayı ilə bağlı statistik göstəricilər fonunda investorların ehtiyatlı olmalarına səbəb olur.
Qeyd etmək lazımdır ki, dollar indeksi çərşənbə günü 92.84 punkt ilə üç ayın maksimumunu yenilədikdən sonra ucuzlaşıb. Hazırda 92.60 punktun altında dalğalanır.