BANK

08 İyul

Mərkəzi Bankdan inflyasiya qərarı

Bloomberg-in əldə etdiyi məlumata görə, bazarlar Avropa Mərkəzi Bankının (ECB) strategiya qiymətləndirməsinin nəticələrinə diqqət yetirərkən, ECB inflyasiyanın 2% hədəfini keçməsinə icazə verməyə hazırlaşır.
Fins.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) səlahiyyətliləri, inflyasiyanın “orta müddətdə  2%-ə yaxın, ancaq 2-dən aşağı” saxlama hədəfini 2%-ə qədər yeniləməyə və lazım olduqda bu səviyyədən yüksəlməsinə icazə verməyə razılaşıblar.

Bu qərar ECB-nin çərşənbə günü başa çatan strategiya icmalını başa çatdırmaq üçün keçirilən xüsusi iclasda qəbul edildi.

ECB pul siyasətində son 20 ildə baş verən ən böyük strategiya dəyişikliyinin bir hissəsi olan bu qərar, mərkəzi bankın illərdir alt hədəf inflyasiya ilə mübarizə taktikasını dəyişdirdiyini göstərir.

Müəllif:Aynur Qəniyeva