BANK

07 İyul

Rusiya, Milli Rifah Fondunda dolların payını sıfırladı

Rusiya Maliyyə Nazirliyi, Milli Rifah Fondunda dollardakı aktivlərin payının sıfıra endirildiyini açıqlayıb.

Fins.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin yaydığı açıqlamada, Milli Rifah Fondunun valyutalar üzrə strukturunda planlaşdırılan dəyişikliklərin tamamlandığı qeyd edilib.

Bu çərçivədə, avro və yuanın fonddakı payının artırıldığı qeyd edilən açıqlamada, "Fondda dollar aktivlərinə yer verilmədi. Sterlinqin payı 5%-ə endirilib, avronun payı 39,7%-ə, yuanın payı isə 30,4%-ə yüksəldilib. Yapon yeninin payı 4,7%,  qızıl aktivlərinin payı isə 20,2% səviyyəsində qalıb" ifadələri istifadə edilib.

Rusiyanın Maliyyə Naziri Anton Siluanov, 3 İyunda etdiyi açıqlamada, bir ay ərzində Milli Rifah Fondundakı dollar aktivlərinin tamamilə sıfırlanacağını bildirmişdi.  

Rusiyada fevral ayında verdiyi qərarla qərarla, Milli Rifah Fondunda dolların payını 45%-dən 35%-ə endirmişdi.

Rusiya Maliyyə Nazirliyin tərəfindən 13 Yanvarda verilən məlumatda, ölkənin ehtiyat fondu olan Milli Rifah Fondunun böyüklüyünün, 2020-ci ildə 2019-cu illə müqayisədə 46% artaraq 183,3 milyard dollara yüksəldiyi bildirilmişdi.