BANK

07 İyul

ABŞ-dan OPEC + AÇIQLAMASI

"Amerika Birləşmiş Ştatları OPEC + danışıqlarını yaxından izləyir və son günlərdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər neft istehsal edən ölkələrlə əlaqə qurur". 

Fins.az  xəbər verir ki, bunu çərşənbə axşamı jurnalistlər üçün keçirdiyi müntəzəm brifinqdə Ağ Evin mətbuat katibi Jen Psaki söyləyib.

"Biz OPEC + danışıqlarını və koronavirus pandemiyasından sonra qlobal iqtisadi dirçəlişə təsirlərini yaxından izləyirik", - Psaki deyib

“Biz bu danışıqlarda tərəf deyilik, lakin həftə sonu və bu həftə Səudiyyə Ərəbistanı, BƏƏ və digər müvafiq tərəfdaşlardan olan nümayəndələrlə bir sıra yüksək səviyyəli təmaslarımız oldu. OPEC üzvlərinin razılığa gəlməyə davam edən danışıqları bizi ruhlandırır", -deyib.

“Əlbətdə ki, biz ölkəmizə benzinin qiymətlərini daim izləyirik və bilirik ki, dünyada neft qiymətləri buna birbaşa təsir göstərir”, - ABŞ prezidentinin sözçüsü də vurğulayıb.

OPEC + neft istehsal edən ölkələrin iyul danışıqları ittifaq tarixində ən uzun müddət davam edən danışıqlar oldu. Beş gün ərzində nazirlər müqavilənin parametrləri və 2022-ci ilin aprelində bitdikdən sonra uzadılması şərtləri barədə razılığa gələ bilməyiblər.