BANK

06 İyul

Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat 

Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat olub. 

Bu barədə Əmanətlərin Sığortalanması Fondun-dan "Fins.az"-a məlumat verilib.

Məlumata görə,Cəlal Rayi Əmanətlərin Sığortalanması Fondunun Risklərin idarə edilməsi və investisiya departamentinin direktoru vəzifəsinə təyin edilib. 

Bildilir ki, Cəlal Rayi 2005 – 2009 – cu illərdə Hindistanın Bangalore Universitetinin biznesin idarə olunması ixtisasını bakalavar dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2015 – 2017 – ci illərdə isə ADA Universitetində və Hollandiyanın Magistr İdarəetmə Məktəbində biznesin idarə olunması ixtisası üzrə xüsusi magistr dərəcəsini bitirib. Əlavə olaraq, C.Rayi 2018 – ci ildə dünyaca məşhur Qlobal Risk Peşəkarları Birliyi İnstitunun maliyyə riskinin idarə edilməsi ixtisası üzrə sertifikatına sahib olub. 

Cəlal Rayi 2012 – ci ildən bu günədək həm özəl həm də dövlət təşkilatlarında peşəkar mütəxəssis kimi çalışmışdır. C.Rayi son təyinata qədər isə “XalqBank” ASC-nin Risklərin idarə edilməsi departamentində mütəxəssis kimi fəaliyyət göstərib.