Beynəlxalq Valyuta Fondu (BVF) inflyasiyanın uzunmüddətli hədəflər üzərində formalaşa biləcəyini bildirərək, Fed-in 2022-ci ilin sonunda və ya 2023-cü ildə faiz dərəcələrini artırmasına ehtiyac ola biləcəyi bildirilib.
Fins.az xəbər verir ki, Beynəlxalq Valyuta Fonduna (BVF) görə, ABŞ-dakı dövlət xərcləri inflyasiyanın uzunmüddətli hədəflər üzərində formalaşmasına səbəb olacaq və Fed-in faiz dərəcələrini 2022-ci ilin sonuna və ya 2023-cü ilin əvvəlinə qədər artırması lazımdır.
ABŞ-ın 2022-ci ilin ilk yarısında aktiv satın alma proqramını azaltmağa başlayacağını bildirən BVF səlahiyyətliləri keçidlə bağlı da müəyyən məqamları açıqlayıblar.
FED, 15-16 iyun tarixlərində keçirdiyi iclasda ABŞ iqtisadiyyatını dəstəkləmək üçün gələn ilədək faiz dərəcələrini sabit saxlayacağını bildirib. Fed rəsmiləri 2023-cü ildə iki faiz artımını qabaqcadan görsələr də, 18 siyasətçi arasından 7-si 2022-ci ildə dərəcələri artırmaq istəyir.
Fed sədri Jerome Powell inflyasiyanın artmasının təklif çatışmazlığı ilə əlaqəli olduğunu və böyük ehtimalla müvəqqəti olacağını söylədi.
Müəllif:Aynur Qəniyeva