Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin iyun ayı ərzində 463.6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Fins.az xəbər verir ki, bu, may ayı ilə müqayisədə 150,9 milyon dollar və ya 48,3% çoxdur.
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin may ayı ərzində 312,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin yanvar ayı ərzində 644,9 milyon ABŞ dolları, fevral ayı ərzində 437,3 milyon ABŞ dolları, mart ayı ərzində 397,7 milyon ABŞ dolları, aprel ayı ərzində 509,9 milyon ABŞ dolları məbləğində vəsait satılmışdır.