Bu ilin yanvar-may ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 144,8 mln. manat təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə “İxrac icmalı”nın iyun sayında məlumat verilib.
Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,4% azalıb.