BANK

01 İyul

Mərkəzi Banka şikayət edən vətəndaşların sayı AÇIQLANIB

2021-ci ilin iyun ayı ərzində Mərkəzi Bank tərəfindən 34 vətəndaş qəbul edilərək şikayətinə baxılıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, qəbul edilib şikayətinə baxılan vətəndaşlardan 22-sinin şikayəti bank sektoru, 4 nəfərin sığorta, 8 şikayət isə kapital bazarları ilə bağlı olub.

Qeyd edək ki,Mərkəzi Bankın müvafiq struktur bölməsinin səlahiyyətli əməkdaşları tərəfindən vətəndaşların qəbul günləri iş günləri hesab edilən bazar ertəsi-cümə axşamı günü saat 09:00-16:00-dək, cümə günü isə 09:00-13:00-dək (nahar fasiləsi 13:00-14:00) müəyyən edilir. Vətəndaşların müvafiq struktur bölmənin səlahiyyətli əməkdaşları tərəfindən qəbulu günləri Mərkəzi Bankın inzibati binasının girişində məlumat stendində yerləşdirilir.

Müəllif:Aynur Qəniyeva