BANK

01 İyul

Türkiyə Mərkəzi bankından vacib sərtləşmə QƏRARI

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) banklar üçün xarici valyuta üzrə məcburi ehtiyat normasını 2 bənd artırıb.

Fins.az xəbər verir ki, məcburi ehtiyat norması 1 ilə qədər vəsaitlər üzrə 19%-dən 21%-ə, 1 ildən artıq müddətə 13%-dən 15%-ə yüksəlib.

Türk lirəsi üzrə məcburi ehtiyat norması 20%-dən 10%-ə endirilib.

Məcburi ehtiyat norması - bank və digər maliyyə təşkilatlarının balanslarında olan əmanət, kredit və bənzər öhdəliklərinə qarşılıq mərkəzi bankda saxlamaq məcburiyyətində olduqları ehtiyat nisbətini göstərən qanuni nisbətdir. Mərkəzi banklar bu nisbəti pul siyasəti vasitəsi olaraq istifadə edə bilməkdədir. Məcburi ehtiyat norması artırıldığında banklar kreditlərin verilməsini azaldırlar və bu vəziyyət pul təklifinin azalmasına səbəb olar. Norma azaldıldığında isə banklar daha çox kredit ayıra bilirlər və pul təklifi artır.