May ayında bank sektorunun cəmi kredit portfeli 79,6 milyon manata artaraq 14 milyard 691,4 milyon manata yüksəlib.
Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin Aprel ayı ilə müqayisədə May ayında istehlak kreditləri 69,5 milyon manat artaraq 3 milyard 847.3 milyon manata, ipoteka kreditləri 16,7 milyon manat artaraq 2 milyard 162.7 milyon manata yüksəlib, biznes kreditləri isə 6,6 milyon manat azalaraq 8 milyard 681.4 milyon manata düşüb.
Müəllif: Aynur Qəniyeva