BANK

24 İyun

Azərbaycanda bank sektorunun xarici  öhdəlikləri ARTIB

Ötən ilin ilk 5 ayında bank sektoru aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalardan 20 milyon manat gəlir əldə etsə də, bu ilin ilk 5 ayında 87,5 milyon manat ehtiyata ayırıb.

Fins.az xəbər verir ki,ehtiyatlara ayırma sektoruda kredit portfelində gecikmələrin artdığına işarədir.

Bank sektorunun xarici öhdəlikləri 85.6 mln. manat artaraq 1 165.1 mln. manat (685 mln. ABŞ dollar ekvivalenti) təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik qeyri-rezident hüquqi şəxslərin cari hesablarındakı artımla əlaqədardır.

Xərclərin artması və ehtiyatlara ayırma bank sektorunun xalis mənfəətinin azalmasına səbəb olub.

Müəllif:Aynur Qəniyeva