BANK

24 İyun

Azərbaycanın bank sektoru nə qədər mənfəət əldə edib?-MƏBLƏĞ

Azərbaycanın bank sektoru 2021-ci ilin yanvar-may dövrünü 273,2 milyon manat xalis mənfəət ilə başa vurub.

Müqayisə edək ki, sektor ötən ilin eyni dövrünü 314,5 milyon manat xalis mənfəət ilə bağlamışdı.

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin ilk 5 ayında bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 41,3 milyon manat və ya 13,1% azalıb.