BANK

24 İyun

Azərbaycanda geniş pul kütləsi rekord həddə ARTI

Bu ilin iyunun 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 30,457 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 14,4% çoxdur. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumata yayımlayıb. 

Məlumata görə, bu göstərici ötən ayla müqayisədə 2,4% artıb. Hesabata əsasən, banklardan kənarda nağd pul kütləsinin həcmi (M0) iyunun 1-nə 10 654,9 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,9%, illik müqayisədə isə 18,3% çoxdur.