BANK

24 İyun

Azərbaycan bankları bu gün nə qədər dollar aldı?-MƏBLƏĞ

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Fins.az-ın AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 65,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (22 iyun 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 6,5% artıb.