Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı yeni proqnozunu açıqlayıb.
Dünya Bankının Bakıdakı daimi nümayəndəsinin yeni fəaliyyətə başlayan (bir il əvvəl təyin edilib) başçısı Sara Maykl bildirib ki, bank 2021-ci ildə iqtisadi artımın 3%, 2022-ci ildə isə 4% olacağını gözləyir.
Ümumiyyətlə daimi nümayəndənin sözlərinə görə, Azərbaycan pandemiyadan əvvəlki iqtisadi artım sürətinə 2022-ci ildə qayıdacaq.
S.Maykl bildirib ki, əslində ölkədə real iqtisadi artım sürəti DB-nin proqnozlarını üstələyə bilər. Buna peyvəndləşmə prosesinin sürətli aparılması və işğaldan azad edilən ərazilərdə aparılan bərpa işləri təir edə bilər.