İnflyasiyanın risk balansında artırıcı faktorların rolu yüksəlib.
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb.
Bildirlilir ki,qeyri-monetar xarakter daşıyan xarici və daxili xərc amilləri, eləcə də təxirə salınmış tələbin fəallaşması fonunda faktiki inflyasiya artsa da hədəf dəhlizində qalmaqdadır. İnflyasiyanın tələb amillərinin davamlılığı ilə bağlı qeyri-müəyyənliklər mövcuddur. İlin qalan dövründə qeyri-monetar amillərin inflyasiyaya təsirinin yüksələcəyinə baxmayaraq inflyasiya proqnozu dəyişdirilməmişdir.
Mərkəzi Bankın məlumatında məzənnə sabitliyinə inflyasiyanın təsiri barədə açıqlama verilərə"Tədiyə balansının yaxşılaşması makroiqtisadi sabitliyin başlıca lövbərini – məzənnə sabitliyini dəstəkləyir və inflyasiya amillərini tarazlaşdırır. Risklər balansı və növbəti aylarda mövsümi amillərin inflyasiyaya təsirinin fəallaşması gözləntiləri qəbul edilmiş qərarı şərtləndirən başlıca amillərdir."-deyə qeyd edilib.
Həmçinin qeyd olunub ki,faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar yenilənmiş makroiqtisadi proqnozlar, gözlənilən inflyasiyanın hədəflə müqayisəsi və risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcək.
Müəllif:Aynur Qəniyeva