Türkiyədə inflyasiyanın yüksək olmasına baxmayaraq, Türkiyə Mərkəzi Bankı (TCMB) faizlərini artırmayıb.
TCMB cümə axşamı bir həftəlik repo faiz dərəcəsini proqnozlaşdırıldığı kimi bir daha 19%-də saxladı. Bununla yanaşı, bir günlük repo və əks repo faiz dərəcələri də müvafiq surətdə 17.50% və 20.50% olaraq açıqlanıb.
Qeyd etmək lazımdır ki, qərarın açıqlanmasından sonra lirə daha da ucuzlaşıb (8.69). Türkiyə iqtisadiyyatında inflyasiya sonuncu dəfə 17.1%-dən 16.6%-ə düşmüşdü. Növbəti göstəricinin iyulun 5-də dərc edilməsi gözlənilir.