BANK

18 İyun

Asiya İnkişaf Bankı 462 milyon dollar AYIRACAQ

Asiya İnkişaf Bankı (AİB) üç il ərzində Tacikistana iqtisadiyyatın müxtəlif sahələrindəki layihələr üçün 462 milyon dollar ayıracaq.

Fins.az  xəbər verir ki, bu barədə cümə günü Tacikistan Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

AİB mütəxəssisləri "2022-2024-cü illər üçün Ölkədə Biznes Fəaliyyət Planı" adlı bir layihə təqdim ediblər. Planın icrası zamanı AİB-dən 462 milyon dollar məbləğində qrant vəsaitinin cəlb edilməsi nəzərdə tutulur. Təqdimata görə, enerji, nəqliyyat, təhsil və elm, səhiyyə, qida təhlükəsizliyi, ətraf mühitin qorunması və dövlət idarəçiliyi sahələrində birgə investisiya layihələri həyata keçiriləcək.

AİB 1998-ci ildən bəri Tacikistanla əməkdaşlıq edir, yol və enerji infrastrukturundan qida təhlükəsizliyi və sosial xidmətlərə qədər müxtəlif sahələri dəstəkləyir. Layihələrin ümumi həcmi təxminən 2,2 milyard dollardır. AİB respublikaya 1,6 milyard dollardan çox qrant ayırmışdır.