BANK

18 İyun

Ülvi Mehdiyev  Asiya bankının Azərbaycan üzrə direktoru ilə görüşüb 

"ASAN xidmət” modelinin Asiya İnkişaf Bankı (AİB)-in dəstəyi ilə 3-cü ölkələrdə tətbiqi sahəsində fikir mübadiləsi aparılıb. 

Fins.az xəbər verir ki, bu müzakirə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev  Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə direktoru  Kandis MakDiqan ilə görüşü zamanı həyata keçirilib. 

Məlumata görə,Elektron Hökumətin İnkişafı Mərkəzinin , ABAD-ın, elcə də “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti barədə məlumat verilib.

Dövlət Agentliyi ilə AİB arasında davam edən “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görülən işlər və planlaşdırılan fəaliyyətlər barədə müzakirələr həyata keçirilib. Bundan əlavə “ASAN xidmət” modelinin AİB-in dəstəyi ilə 3-cü ölkələrdə tətbiqi sahəsində fikir mübadilə aparılıb.

 Qonaq “ASAN xidmət”, eləcə də Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihələrin onda böyük təəssürat yaratdığını, bundan sonra da müvafiq istiqamətlər üzrə əməkdaşlığın genişlənəcəyini ifadə edib.

Müəllif:Aynur Qəniyeva