Azad olunmuş ərazilərdə yaşayacaq və ya işlə təmin ediləcək hər bir şəxs məcburi qaydada olmaqla bank hesabı (İBAN əsaslı) ilə təmin edilməlidir
Fins.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) "Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə" ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov deyib.
O bildirib ki,“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının uğurlu realizasiyası üçün mütləqdir ki rəqəmsal ödəniş ekosisteminin üstünlüklərindən istifadə edilsin.İlk növbədə işğaldan azad olunmuş ərazilərdə yaşayacaq və ya işlə təmin ediləcək hər bir şəxs məcburi qaydada olmaqla bank hesabı (İBAN əsaslı) ilə təmin edilməlidir.
Tamerlan Rüstəmov bu məsələdə bank seçimi haqqında da "Bank seçimi isə müstəqil qaydada olmaqla, innovativ həllərin tərbiqinə üstünlük verən banklar sırasından olmalıdır."-deyə bildirib.
Müəllif:Aynur Qəniyeva